Beynimiz necə işləyir?

0
91

Beyni anlamaq əslində çətin məsələdi. Bəzi alimlər bütün həyatlarını beynin necə işlədiyini öyrənməyə sərf ediblər.
Fuzulitv.com-un ikisahil.az saytının isə thefactsite.com saytının materialları əsasında hazırladığı məlumatına əsasən maraqlı məlumatlar əldə olunub.

Səs-küylü otaqlarda telefon danışıqlarını eşidə bilməzsiniz. Beyin telefondan və ətrafdan gələn səs-küyləri eyni anda ayırd edə bilmir.

Yuxuya gedərkən əsnəməyə başlasanız, yuxunuz qaçacaq. Bu zaman ciyərləriniz daha çox hava udacaq və beyninizə gedən oksigen artacaq.

Biz bezdirici olsa belə, bəzi mahnıları məcburi yaddaşımızda saxlayırıq. “Ardıcıl xatırlatmalar” adlanan bu proses gündəlik eşitdiyimiz mahnıların beynimizə həkk olmağına səbəb olur.

Beyin soyuducunun işığından daha az güc istifadə edir. Beyin gündəlik 12 vat güc istifadə edir. Bu da bədən enerjisinin 17% -i deməkdir.

Yüksəklik beynin qəribə təsəvvürlərini görməyə məcbur edir. Oksigen çatışmazlığı vizual və emosional gedişatına mane ola bilər

Döyüş anlamlı oyunlar insanın eyni anda çoxtərəfli iş görməsinə kömək edir. Çox sayda düşməni vurmaq diqqətinizi daha da genişləndirir və hadisələrə daim reaksiya verməyə kömək edir.

Əslində insanın özünü qıdıqlamağı mümkünsüzdür. Nə zaman insan özünü qıdıqlamağa çalışsa da həmin nəticə olmayacaq.

Beyinin çəkisi təqribən 1.36 kq-dır.

Beyinin hardasa 75%-i sudan ibarətdir.

18 yaşında beyniniz böyüməyi dayandırır.

Beynimiz bədəndəki ümumi oksigenin 20% -ni istifadə edir.

Tədqiqatlar göstərir ki, yuxu zamanı beyin dalğaları oyaq vaxtımızdan daha aktivdir.

Artıq stresin hormonları, beyin hüceyrələrini və quruluşunu? funksiyasını dəyişdirdiyini göstərmişdir.

Beyin 4-6 dəqiqə oksigensiz yaşa bilər və sonra fəaliyyətini dayandırar. Oksigen çatışmazlığı beynin zədələnməsinə səbəb olur.

Yüksək səslə oxumaq və tez-tez uşaqla danışmaq beynin inkişafına kömək edir.

Yeni doğulmuş körpənin beyni bir yaşına qədər körpünün beynindən üç qat tez böyür.

60%-i yağdan ibarət olan beyin orqanizmimizin ən yağlı orqanı hesab olunur.

Yazan: Bəhruz Aslanov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here