Ağdamın işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

0
111

Ağdamda rayonun işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Füzulitv-nın Qarabağ bürosunun xəbərinə görə, tədbir iştirakçıları rayonun İmamqulubəyli kəndində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, ön xətdə xidmət aparan əsgər və zabit heyəti, rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də ermənilər tərəfindən işğal olunub. İşğal zamanı rayonda gedən döyüşlərdə 6000 nəfərədək insan şəhid olub. Beləliklə də Ağdam rayonunun 1 şəhər 124 kəndindən 1 şəhər 80 kəndi, 38 kolxoz-sovxozundan 26-ı, 129 səhiyyə obyektindən 105-i ,108 məktəb binasından 74-ü, 271 mədəniyyət evi klubdan 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 16 sənaye müəssisəsi, 17 məsciddən 14-ü ermənilər tərəfindən işğal edildikdən sonra talan olunub. Nəticədə Ağdam rayonuna 17 milyard manata yaxın maddi ziyan dəyib.

Hazırda rayonun 140 min nəfərdən çox əhalisi respublikanın 60-dan çox şəhər və rayonunda məcburi köçkün həyatı yaşayır

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here