Orta məktəblərdə ayrıca dini fənn keçirilməyəcək – RƏSMİ

0
98

“2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş “Həyat bilgisi” dərsliklərindən istifadə etməsi nəzərdə tutulur”. Bu açıqlama Lent.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən verilib.

Məlumatda qeyd olunub ki, hazırda həmin dərsliklər Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb: “Hazırda istifadə olunan “Həyat bilgisi” dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib. Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Ali təhsil müəssisələrinə gəlincə isə, Təhsil naziri Ceyhun Bayramovun “Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” əmrinə əsasən, 2019-2020-ci tədris ilindən etibarən bakalavriat səviyyəsi üzrə “Multikulturalizmə giriş” fənninin proqramına “Dinlər tarixi” adlı mövzuların daxil edilməsi təmin ediləcək”.

Nazirlikdən “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarının yer aldığı ali təhsil müəssisələrində “Dinlər tarixi” fənnin ayrıca fənn kimi tədris olunduğu əlavə edilib.

Açıqlamada orta məktəblərdə ayrıca dini fənnin keçirilməsinin gündəmdə olmadığı da qeyd olunur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here